Avropanın ən kasıb ölkəsi - Moldova haqqında 15 ŞOK Fakt - VİDEO

Avropanın ən kasıb ölkəsi - Moldova haqqında 15 ŞOK Fakt - VİDEO
31 May 2025 20:15

Maraqlı və az bilinən faktlarla dolu bir ölkəyə səyahətə hazırsınızmı? Bugünkü videomuzda sizə Avropanın ən az ziyarət olunan, amma bir o qədər də valehedici ölkəsi – Moldova haqqında danışacağıq. Burada həm qədim tarixin izlərini, həm də müasir həyatın sakit ritmini tapacaqsınız. Gəlin birlikdə bu kiçik, amma maraqlı ölkənin gizli qalmış tərəflərini kəşf edək!


Sovet İttifaqının dağılması ilə müstəqillik qazanan bu ölkə Şərqi Avropa bölgəsində yerləşir. Tarixi boyunca bir çox işğala məruz qalan Moldova Avropanın ən qədim binalarının yerləşdiyi, lakin olduqca kasıb olan bir məkandır. Ölkənin iqtisadiyyatı demək olar ki, çox pis vəziyyətdədir və bu səbəbdən xalqı ümidsiz və bədbin ruhlhdur. Moldovalıların bir hissəsi özünü rumın kimi tanıtdığı halda, digər bir qisim isə Rumıniyanı sevmir. Hətta bəzi moldovalılar özlərini rus kimi də təqdim edə bilirlər. Dini baxımdan isə əhalinin əksəriyyəti xristianlığın pravoslav qoluna mənsubdur.


Ölkədə əsasən rus və rumın dillərində danışılır. Paytaxtı Kişineu olan Moldovanın əhalisi təxminən 3 milyon nəfərdir. Yay aylarından başqa ölkə əsasən soyuq və qarlıdır. Bu səbəblə Moldovaya səfər etməyi planlaşdırırsınızsa, qarla örtülü bir mənzərə ilə qarşılaşma ehtimalınız yüksəkdir. Avropanın ən kasıb ölkələrindən biri olan Moldova, Sovet İttifaqının dağılmasından sonra kənd təsərrüfatına əsaslanan bir iqtisadiyyata keçid edib. 


Burada qarğıdalı və buğda kimi müxtəlif kənd təsərrüfatı məhsulları geniş şəkildə istehsal olunur. Lakin kənd təsərrüfatı və turizm ölkənin inkişafı üçün kifayət etməyib. Moldovada yaşamaq məsələsinə gəldikdə isə, ölkəyə səfər üçün çox da ətraflı sənədlərə ehtiyac yoxdur. Əgər geri dönüş biletiniz və otel rezervasiyanız varsa, çox güman ki, problem yaşamazsınız. Ancaq Moldova üzərindən digər Avropa ölkələrinə qaçmağa çalışanlar olur və belə hallarda bu cəhdlər aşkarlandıqda, ölkəyə daxil olan kimi saxlanılırsınız. Hava limanına endikdə isə şəhər mərkəzinə avtobus və ya taksi ilə gedə bilərsiniz. Amma adi taksiyə minsəniz, turist olduğunuzu anlayıb sizdən çox yüksək məbləğ tələb edə bilərlər.


Yandex Go adlı taksi tətbiqi mövcuddur və bu tətbiqdən istifadə etməklə daha ucuz qiymətlərlə gedə bilərsiniz. Həmçinin maşına minməzdən əvvəl yanınızda bir qədər ABŞ dolları götürüb Moldova leyi ilə dəyişdirməyiniz tövsiyə olunur. Hazırda bir ABŞ dolları 18 Moldova leyinə bərabərdir.


Şəhər mərkəzinə gedən avtobuslar 2 ley civarındadır və nəqliyyat kifayət qədər ucuzdur. Əgər büdcə dostu bir səfər planlaşdırırsınızsa, 4 nəfərlik otaqları olan ucuz yerlərdə qala bilərsiniz. Bu pansiyonlar alış-veriş mərkəzlərinin içində belə yerləşə bilir. Belə yerlərdə bir gecəlik qiymət təxminən 150 Moldova leyidir. Əgər pansiyonda yox, standart oteldə qalmaq istəsəniz, gözləntilərinizi yüksək tutmayın. Çünki otellərin əksəriyyəti Sovet dövründən qalma binalardan ibarətdir. Buna görə otel otaqları və içindəki əşyalar həqiqətən çox köhnədir. Moldovada uzun müddət qalmağı düşünürsünüzsə, mobil telefon üçün sim kart almanız lazımdır. Hər hansı bir ticarət mərkəzindən 30 leyə sim kart alaraq internet ehtiyacınızı ödəyə bilərsiniz. Moldovada pul çıxarmaq üçün Visa və ya Mastercard tipli kartınızın olması kifayətdir. Bu kartlarla ölkənin istənilən ATM-lərindən pul çəkmək mümkündür. Amma ATM-lərə etibarıniz yoxdusa və kartınıza zərər gələ biləcəyindən ehtiyat edirsinizsə, nağd pul aparmanızda fayda var.


Moldova haqqında ən maraqlı faktlardan biri şübhəsiz ki, Avropanın ən kasıb ölkəsi olmasıdır. Bu səbəbdən ölkənin gənc əhalisi burada gələcək görmür. Ona görə də küçələrdə əsasən yaşlı insanlarla qarşılaşa bilərsiniz. Əgər gəncsinizsə və əyləncə üçün ora getməyi düşünürsünüzsə, küçələrdəki yaşlı kütləni gördükdə məyus ola bilərsiniz. Paytaxt Kişineunun küçələrində gəzərkən insanların çox durğun və yorğun olduğunu, həyat sevincini itirdiklərini görə bilərsiniz.


Moldovalılar Türkiyə, Rusiya, Rumıniya və Avropanın digər ölkələrinə miqrasiya etməyə çalışırlar. Belə ölkələrdə işləyərək və ya imkanı yaxşı biri ilə evlənərək həyatlarını qurmaq istəyirlər. Bu arada, onların Rumıniyaya getməsi sizə qəribə gələ bilər. Çünki biz də bilirik ki, Rumıniya da kasıb bir ölkədir. Amma Rumıniya Avropa İttifaqına daxil olduqdan sonra iqtisadiyyatı inkişaf edib və bu gün Moldova ilə müqayisədə daha yaxşı vəziyyətdədir. Moldovalı gənclər xarici ölkələrdə çalışaraq öz ailələrinə tez-tez pul göndərirlər. Buradan belə nəticə çıxarmaq olar ki, moldovalıların təxminən 40%-i xaricdə yaşayır. Onların bəxtinə düşən məqam isə Moldova pasportuna sahib olan insanların Avropaya keçiddə çətinlik çəkməmələridir. Gənclərin ölkədən asanlıqla çıxa bilmələrinin əsas səbəbi də budur.


Ölkədə vəziyyət tam mənası ilə aclıq səviyyəsindədir və bəzi həyat şərtləri həqiqətən acınacaqlı hal alıb. Çünki ölkədə demək olar ki, istehsal yoxdur. Ölkənin iqtisadiyyatı əsasən istehlak və ya turizmlə fırlanmağa çalışır. Sovet İttifaqı dağıldıqdan sonra ölkə bir cür özünü toparlaya bilməyib və iqtisadi böhranlar gün keçdikcə daha da artır. Daha qəribə olan isə odur ki, Avropa dövləti olmasına baxmayaraq digər Avropa ölkələrindən kifayət qədər dəstək görmürlər. Halbuki bilirik ki, Avropa ölkələri bir-biri ilə sıx əlaqədədir. Görünür, Moldovanın cazibədar tərəfi kifayət qədər güclü deyil, ona görə də kənarda qalmış bir ölkə kimi görünür.


Turist baxımından da Avropaya ən az ziyarət edilən ölkə Moldovadır. Dünyadakı insanlar Moldova ilə demək olar ki, maraqlanmır və ora səfər etməyə ehtiyac duymurlar. Şişirtdiyimi düşünə bilərsiniz, amma ölkədə həyat sanki dayanıb desək, yanılmarıq. Bu gün Moldovanı cəlbedici bir Avropa ölkəsinə çevirmək üçün milyardlarla dollarlıq investisiyalar tələb olunur. Lakin xaricdən dəstək almadıqları təqdirdə bunu reallaşdırmaları mümkün görünmür. Davam etsək, Moldovada onlarla tərk edilmiş bina və otellərə rast gələ bilərsiniz. Həmçinin istifadə olunan bir çox binaların da dağılmış vəziyyətdə olduğunu görmək mümkündür. Bu ölkənin küçələrində gəzərkən, digər postsovet ölkələrində olduğu kimi çoxlu sovet tərzində binalara rast gələcəksiniz. Paytaxt Kişinyovda demək olar ki, yeni bina yoxdur. Binalar tarix qoxur və müasir dövrə aid deyillər. Ölkədə investisiya edən şirkət sayı az olduğu üçün zavod və fabriklərin sayı da yox səviyyəsindədir. Elə binalar var ki, boyaları axıb, uzaqdan baxanda xarabalığa bənzəyirlər. Küçələr və yollar sanki II Dünya Müharibəsindən qalma bir filmin səhnəsini xatırladır. Oradakı mənzərəni ağ-qara effektlərlə çəksəniz, nə demək istədiyimi daha yaxşı anlayarsınız. Yenə də Kişinyovun küçələrində çoxlu səyyar satıcılara rast gəlmək olar və onların üzlərindən kasıb olduqları aydın hiss olunur. Çox insanlar evlərində istifadə etmədikləri əşyaları yol kənarlarında satırlar. İnsanların üzlərinə baxsanız, əksəriyyətinin asıq və gərgin olduqlarını görə bilərsiniz. Ölkədə alıcılıq qabiliyyəti çox aşağı olduğu üçün insanlar mağazalardan yeni əşyalar və paltarlar ala bilmirlər. Buna görə də Moldovanın hər yerində ikinci əl geyimlər satılan bazarlara rast gəlmək olar. İnsanlar sakit, özünə qapanmış bir davranış nümayiş etdirirlər. Görünür, bir ölkədə iqtisadiyyat zəif olanda bədbəxtlik də qaçınılmaz olur.


Ölkənin rəsmi dili rumıncadır. Lakin insanlarla ünsiyyət qurmaq istəsəniz, ingilis dili biliyiniz varsa, problem yaşamayacaqsınız. Kafe və restoranlarda təxminən 4 dollara asanlıqla doymaq mümkündür. Moldovada işləyən bir insan ayda orta hesabla 5538 ley maaş alır. Yəni ortalama 550 Azərbaycan manatı. Bu qədər az gəlirlə yaşamaq doğrudan da çətindir. Onsuz da oradakı yerli əhaliyə bunu soruşsanız, dolanışığın nə qədər çətin olduğunu özləri də söyləyəcəklər. Tikinti kimi ağır işlərdə çalışanlar belə gündə ancaq 9 dollar qazanırlar.


Gəlir az olduğu kimi, bazarlardakı məhsullar da kifayət qədər bahadır. Məsələn, Kişinyovda yaşamaq üçün normal bir evin kirayəsi təxminən 100 avrodur. Bu evlər də lüks deyil, adi 1+1 və ya 2+1 evlərdir. Aylıq gəliri 150 avro olan biri 100 avronu kirayəyə verirsə, vəziyyəti çətin olar. Normalda ölkələrin paytaxtlarında daha yaxşı vəziyyətdə olan insanlar yaşayır. Amma Moldovanın paytaxtı Kişinyovda əhalinin yarısından çoxu orta və ya kasıb təbəqəyə aiddir.


Moldova daxilində avtonom bir türk dövləti var. Qaqauziya muxtar respublikası türk mənşəli qardaş bölgədir. Onlar Oğuz türklərindəndir və tam anlamı ilə bizim doğma qardaşlarımız sayılırlar. 


Əgər Moldova səfəriniz olarsa, Qaqauziyaya baş çəkməyi unutmayın və mütləq oradakı insanlarla tanış olun. əgər Moldova-da yaşamaq kimi bir fikriniz varsa, sizi çox çətin bir həyat gözləyir. Amma əgər sırf turistik məqsədlə gedəcəksinizsə, sizi qane edə bilər. Xüsusilə tarixə marağınız varsa və Sovet dövrünə maraq göstərirsinizsə, şəhərlərin tarixi atmosferi sizi məmnun edəcək. Lakin əgər ora dəniz, günəş, qum və enerjili insanlarla tanışlıq üçün gedirsinizsə, Moldova sizin üçün deyil.


Kamal Hüseynli




Sizin reklam burada
Sizin reklam burada