Böyük Britaniyada insanın çay içməsi onun sosial statusunun göstəricisi sayılır. Tünd qara çay adətən ən aşağı, işçi sinfin nümayəndələri tərəfindən içilir.
İnsan sosial nərdivanla qalxdıqca, bu, çay icməyin timsalında da özünü göstərir. Belə ki getdikcə varlandıqca, açıq çay içilir, yaxud qara çaya azacıq şəkər qatılır, qaşığın ucunda. Kiminsə caya bir qaşıq şəkər tökməsi, onun yaxınlarda yeni status qazanmasına işarədir. İki qaşıq töksə, deməli orta təbəqədən də aşağı
statusdadır. Üç qaşıq töksə, deməli işçi sinfin nümayəndəsidir. Müşahidə aparılıb ki, ingilislər arasında aşağı statuslu adamlar çaya qaşığın ucunda şəkər töküb özünü yüksək statuslu şəxs kimi qələmə vermirlər. Yəni, 4 min manatlıq Apple almaqla, yaxud qamış evdə yaşayıb bahalı maşın üçün kreditə girməklə, hörmət qazanmağa çalışmırlar.
İngilislər hesab edir ki, hansı statusa malik olmaq utandırıcı hiss deyil. Utandırıcı hiss bundan utanmaq kompleksidir.
Azər Qismət, yazıçı
Youtube kanalımız