Avropa Komissiyası Macarıstan seçkiləri ərəfəsində Orbanla bağlı ritorikanı yumşaldır.
News365.az xəbər verir ki, Avropa Komissiyası Macarıstanın baş naziri Viktor Orban barədə tənqidlərini aprelin 12-də keçiriləcək seçkilər ərəfəsində yumşaldıb.
Məqsəd seçki prosesinə müdaxilə görüntüsü yaratmamaqdır. Sorğular müxalif “Tisza Partiyası”nın öndə olduğunu göstərir.
Qeyd edilib ki, Brüssel səsvermədən əvvəl Macarıstana 2,4 milyard avroyadək vəsait ayıra bilər. Hüququn aliliyi ilə bağlı narahatlıqlara görə isə 17 milyard avro hələ də dondurulub.