Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılova və vəkil həyat yoldaşı Ramil Vəliyev ayrılıb.
News365.az xəbər verir ki, Aysun "7 Tamam" verilişində keçmiş həyat yoldaşının qızını görməyə gəlmədiyini deyib.
Nənə və babayla danışır da,görüşür də. Amma atası ilə görüşmür. İstəsə, görüşər. Uşağımın atası da, anası da özüməm. Nə qədər küskünlük olsa da övlad övladdır. Nə zaman istəsə, övladını görə bilər. İstəmərəm ki, övladım mənim həyatımı yaşasın, atasız böyüsün. Övladımın atasıdır, haqqında pis nəsə demərəm. Dayələri də tanıyır, nömrəsini də bilir. Nə vaxt istəsə övladını görə bilər".
Qeyd edək ki, Aysun və Ramil bu ilin yanvarında ayrıldığını açıqlayıb. Cütlüyün bir qız övladı var.