Rusiyanın bu potensialı ABŞ-ın hökmranlığını pozur

Rusiyanın bu potensialı ABŞ-ın hökmranlığını pozur
15 Mar 2025 20:59

Rusiyanın hərbi-dəniz potensialını sürətlə artırması ABŞ Hərbi Dəniz Qüvvələri üçün ciddi problem yaradır.


News365.az xəbər verir ki, bu barədə “19FortyFive” nəşri məlumat yayıb.


Məlumata görə, Rusiyanın müasir sualtı vasitələr əleyhinə sistemləri və "Zirkon" hipersəs raketləri mövcud ABŞ müdafiə sistemi üçün təhlükədir və ABŞ-ın dənizdəki əvvəlki hökmranlığını pozur.


Məqalə müəllifləri xüsusilə P-800 “Oniks” (SS-N-26 Strobile) səsdən sürətli qanadlı raketini vurğulayırlar. Bu raket 600 km-ə qədər məsafədə hədəfləri vurmaq qabiliyyətinə malikdir. O, gəmilərdən, sualtı qayıqlardan və sahil qurğularından buraxıla bilir və müasir hava hücumundan müdafiə sistemlərini dəf etmək üçün nəzərdə tutulub. “Oniks” həm adi, həm də nüvə döyüş başlıqları daşıya bilir.


Sizin reklam burada
Sizin reklam burada