Hələb aeroportu fəaliyyətini bərpa edəcək

Hələb aeroportu fəaliyyətini bərpa edəcək
15 Mar 2025 17:34

Hələb Beynəlxalq Hava Limanı martın 18-də fəaliyyətini bərpa edəcək.

News365.az xəbər verir ki, bu barədə Suriyanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Qurumdan bildirilib ki, Hələb hava limanı bütün texniki və inzibati prosedurlar başa çatdıqdan sonra uçuşları qəbul etməyə hazırdır.

2024-cü il dekabrın 8-də Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriya ilə beynəlxalq hava əlaqəsi yanvarın 7-də Dəməşq Beynəlxalq Hava Limanı vasitəsilə bərpa edilib. Suriyaya ilk kommersiya uçuşu Dohadan həyata keçirilib.


Sizin reklam burada
Sizin reklam burada