Astarada gənc qadın həyat yoldaşı tərəfindən döyülərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə Astara rayonunda baş verib.
2003-cü il təvəllüdlü Nərmin Ceyhun qızı Cəfərli müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə aparılıb. Vəziyyəti ağır olduğu üçün dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının bildirdiyinə görə, Nərmin həyat yoldaşı Mirəhməd Seyidəzim oğlu Ağayev tərəfindən döyülüb və bu səbəbdən vəziyyəti kritikdir. Cütlük 2020-ci ildə ailə qurub. Ailə həyatları boyunca bir neçə dəfə münaqişələrin yaşandığı və qadının dəfələrlə zorakılığa məruz qaldığı deyilir. Sonuncu hadisə isə ötən gün baş verib.
Hazırda Nərmin Cəfərlinin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti hələ də sabitləşməyib.
Məsələ ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.