Asia Times: “NATO qoşunları artıq Ukrayna döyüşlərində fəal iştirak edir“

Asia Times:  “NATO qoşunları artıq Ukrayna döyüşlərində fəal iştirak edir“
26 Apr 2024 14:37

NATO qoşunları artıq Ukraynadakı döyüşlərdə fəal şəkildə iştirak edirlər. News365.az xəbər verir ki, bu barədə "Asia Times" məlumat yayıb.

“Hərbi alyans özü bəyan edir ki, bu hərbi qulluqçular müasir Qərb texnikasını idarə etmək üçün Ukraynaya göndəriliblər”, - nəşr yazıb.

Müəllif xüsusi olaraq vurğulayıb ki, "əgər onlar Rusiya qüvvələrinə qarşı hücumlarda iştirak edirlərsə, deməli bu, NATO-nun münaqişə zonasında olması, döyüş əməliyyatlarına fəal qatılması deməkdir".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər