Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO

Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ -  FOTO
06 May 2024 21:36

“Badamdar Hotel” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Badamdar Hotel & Residences”də külli miqdarda mənimsəmə faktı qeydə alınıb. 

News365.az bildirir ki, “Qaynarinfo”nun məlumatına görə, hadisədə günahlandırılan Dünyamalı İntizam oğlu Qarayev barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə cinayət işi açılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, “Badamdar Estates” MMC-nin qanuni təmsilçisi Anar Əhmədiyə oğlu İbrahimovdur. MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 23876.42 manat vergi borcu var. Anar İbrahimov Azərbaycanda ən məşhur hotellərin baş meneceridir.


Youtube kanalımız
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ -  FOTO

Oxşar xəbərlər