Arxeoloqlar sinəsində daş olan “zombi” məzarı tapıblar -FOTO

Arxeoloqlar sinəsində daş olan “zombi” məzarı tapıblar -FOTO
20 Sen 2024 11:30

Almaniyada 17-ci əsrə aid dar ağacının yaxınlığında qazıntı aparan arxeoloqlar maraqlı tapıntı aşkarlayıblar.

LiveScience-nin yaydığı məlumata görə, onlar ölülərdən dirilməsinin qarşısını almaq üçün sinəsinə böyük bir daş bağlanaraq basdırılmış bir adamın məzarını aşkarlayıblar.

Qəzet yazıb ki, Saksoniya-Anhaltın Qvedlinburq şəhəri yaxınlığında yerləşən məzar, 1660-cı illərdən 19-cu əsrin əvvəllərinə qədər cinayətkarların asılaraq edam edildiyi dar ağacının yerində aşkar edilmiş ən azı 16 məzardan biridir.

Dövlət qurumları adından qazıntılara rəhbərlik edən arxeoloq Marita Genesis Live Science-a deyib ki, Avropada belə “zombilər” qorxusu 16-18-ci əsrlər arasında yaranıb.


Tural


Youtube kanalımız

Oxşar xəbərlər