"Arsenal" futbolçusu ilə müqavilə müddətini uzadacaq

"Arsenal" futbolçusu ilə müqavilə müddətini uzadacaq
25 Sen 2025 23:45

İngiltərənin "Arsenal" klubu müdafiəçisi Uilyam Salibanın müqavilə müddətini uzadacaq.

News365.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Oyunçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub. Onun hazırkı müqaviləsinin vaxtı 2027-ci ilə qədərdir.

Qeyd edək ki, Uilyam Saliba 2022-ci ildən "Arsenal"da çıxış edir. O, cari mövsüm 4 oyunda meydana çıxıb.


Sizin reklam burada
Sizin reklam burada