Arıqlama zamanı edilən səhv addımlar - Dietoloq açıqladı

Arıqlama zamanı edilən səhv addımlar -  Dietoloq açıqladı
25 Apr 2024 10:36

Bəzi qadınlar üçün arıqlamaq çox çətindir. Ya arıqlamağın qaydasını bilmirlər, ya da dieta zamanı bəzi səhvlərə yol verirlər.

News365.az xəbər verir ki, dietoloq Ülkər Müslümova arıqlama zamanı ən çox edilən səhvləri açıqlayıb. 

"Arıqlamaq istəyən xanımlar yanlışlıqla yeməkdən imtina edirlər, uzun müddət ac qalırlar. Bu arıqlamağa mane olur. Səhərlər ac qarına limonlu su içmək, hər gün cofee içmək, səhər yeməyi qəbul etməmək, arıqlama çayları (zamanla ciddi problemlər yaradır), kifayət qədər su içməmək, çörəyi qızardaraq yemək və gündə 1 dəfə qidalanmaq bunlar hamısı arıqlama zamanı edilən səhvlərdir"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az

 


Youtube kanalımız

Oxşar xəbərlər