Bakıda fəaliyyət göstərən "Araz" marketlər şəbəkəsində müştərilərin narahatlığına səbəb olan hadisə yaşanıb. Marketdə müştəriyə vaxtı bir ay öncə bitmiş şirniyyat məhsulu "təzə" adı ilə satılmağa cəhd edilib.
News365.az xəbər verir ki, müştəri paylaşımında bildirib ki, diqqətli olmasaydı, istifadəyə yararsız məhsulu alacaqdı: “1 ay öncə vaxtı çıxan şirniyyatı təzə adı ilə az qala aldıracaqdılar mənə. Ehtiyatlı olmaq lazımdır!”