Bakıda "Grandmart" marketlər şəbəkəsinin əməkdaşları arasında bıçaqlaşma olub.
News365.az xəbər verir ki, hadisə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında baş verib.
Marketlər şəbəkəsinin satış müdiri Seyid Əli şəbəkənin "WhatsApp" qrupunda marketin mallarının sayında əskik olması barədə məlumat yazıb və nəticədə satış şöbəsinin meneceri Fuadla aralarında mübahisə yaranıb. Mübahisə şəxsi yazışmada daha da qızışıb və şöbə müdiri ilə menecer görüşməyi qərara alıblar.
Tərəflər metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında görüşüblər və dava yaranıb. Dava zamanı Seyid Əli Fuadı ürəyindən və ayağından bıçaqlayıb.
Fuad yaralı vəziyyətdə öz avtomobili ilə xəstəxanaya gəlib və orada əməliyyat olunub.
Faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Seyid Əli üç il müddətinə azadlıqdan məhrum edilib.