PUA Amerikanın peyk modemi ilə təchiz edilib.
News365.az xəbər verir ki, bu sözləri Əhsan Çitsaz deyib.
Nazir müavini şəxsi sosial media hesabında vurulmuş PUA-nın görüntüsünü paylaşaraq bildirib ki, aparat ABŞ istehsalı olan qabaqcıl peyk avadanlığı ilə təchiz olunub.
Onun sözlərinə görə, söhbət NAL şirkətinə məxsus A3LA-R-MOD modelli modemdən və Iridium 9523 ötürücü-alıcısından gedir.
Çitsaz qeyd edib ki, bu avadanlıqlar vasitəsilə pilotsuz aparat Iridium adlı beynəlxalq peyk rabitə şəbəkəsinə birbaşa bağlantı yarada bilib.
Rabitə rəsmisinin fikrincə, bu fakt düşmən qüvvələrinin təkcə yerli şəbəkələrlə kifayətlənmədiyini, eyni zamanda beynəlxalq rabitə infrastrukturlarından da istifadə etməklə İrana qarşı kəşfiyyat və təxribat fəaliyyəti apardıqlarını göstərir.