Alsu ərini məhkəməyə verdi - Əmlak üstündə DAVA

Alsu ərini məhkəməyə verdi - Əmlak üstündə DAVA
07 İyl 2024 18:31

Əri Yan Abramovun xəyanət etməsi ilə bağlı şayiələr fonunda boşanmaq üçün məhkəməyə müraciət edən rusiyalı müğənni, aparıcı və aktrisa Alsu birgə əldə etdiyi əmlakın bölünməsini məqsədilə məhkəməyə müraciət edib.

 Alsu mayın sonunda boşanmaq üçün məhkəməyə müraciət edib. Bu iş üzrə növbəti məhkəmə iclası avqustun sonuna təyin edilib. Abramov bu müddət ərzində həyat yoldaşı ilə barışacağına və ailəni xilas edəcəyinə ümid edirdi, lakin o, boşanmaq və əmlakı sülh yolu ilə bölmək arzusunda olduğunu bəyan edib.

Model Anastasiya Reşetova psixoloq Veronika Stepanovanın Telegram kanalında yazdığı paylaşıma görə polisə şikayət edib. Psixoloq Reşetovanın da iştirak etdiyi söhbət zamanı Alsu və Abramovun boşanması ilə bağlı vəziyyəti sərt şəkildə şərh edib.


Youtube kanalımız

Oxşar xəbərlər