Almaniyada ən çox dönər restoranının olduğu, dönərin ən çox sevildiyi şəhər Berlin və ya Köln olduğu düşünülsə də, Drezden olduğu ortaya çıxıb.
News365.az xəbər verir ki, yemək çatdırılması xidməti göstərən "Lieferando" şirkəti ən yaxşı dönər restoranlarının olduğu şəhərləri sıralayıb. Şirkətin araşdırmasında Saksoniya əyalətinin paytaxtı Drezden həm kababxanaların sayına, həm də müştəri məmnuniyyətinə görə lider olub.
İndiyə qədər lider olduğu düşünülən Berlin Nürnberqdən sonra 3-cü yerdə qərarlaşıb. "Liferando" test üçün 30 şəhərin seçildiyini və sıralama zamanı sifariş sıxlığı, "Google"da müştəri rəylərinin nəzərə alındığını açıqlayıb. Hamburqun sonuncu yerdə olması diqqət çəkib.