Almaniya Ukraynaya “Patriot”ların göndərilməsi üçün şərt qoyub

Almaniya Ukraynaya “Patriot”ların göndərilməsi üçün şərt qoyub
23 İyl 2025 15:15

Almaniya Ukraynaya “Patriot” sistemlərinin göndərilməsi üçün şərtini açıqlayıb.

News365.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius “Der Şpigel"ə bildirib ki, Almaniya Ukraynaya “Patriot”ların göndərilməsinə razıdır, bir şərtlə ki, veriləcək sistemlərin yerinə ABŞ Almaniyaya yenilərini tədarük etsin.

    Nazirin sözlərinə görə, ABŞ NATO üzvlərinə təminat verməlidir ki, Ukraynaya göndərilən “Patriot” Hava Hücumundan Müdafiə Sistemləri 6-8 ay müddətində yeniləri ilə əvəzlənəcək.

    Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp və NATO Baş katibi Mark Rutte arasında əldə olunan razılaşmaya əsasən, alyansa üzv olan ölkələr öz hesablarına ABŞ silahlarını satın alaraq Ukraynaya tədarük edəcəklər.


    Sizin reklam burada
    Sizin reklam burada