Almaniya total sənaye böhranına gedir?

Almaniya total sənaye böhranına gedir?
20 Sen 2024 12:25

Bir vaxtlar Avropanın ən yaxşı avtomobil istehsalçısı sayılan Almaniya iqtisadiyyatı kəskin enişə daşıyan sənaye böhranı ilə üz-üzədir. Bu barədə REN TV məlumat yayıb.

Qeyd edilib ki, Almaniya iqtisadiyyatı artıq sözün əsl mənasında “tullantı”ya çevrilir. Kanslerin iştirakı ilə hazırda təkrar emal zavodu üçün ilkin təməllər atılır.

Və görüntü yaradılır ki, onlar hələ də "Made in Germany" ilə istehsala davam edəcəklər. Amma indi bu i.lər baş ofisi Texas və Hollandiyada olan bir Amerika şirkətinin pulu ilə görüləcək: "Deyəsən, Olaf Şholza yenidən çəhrayı rəngli eynək verilib".

Şolz isə investorlar haqqında bunu deyib: "Onlar bu müəssisəni dünyanın istənilən yerində qura bilərdilər. Lakin onlar bu yerin yaxşı gələcəyə malik olduğuna əmin olduqları üçün Almaniyanı seçdilər". Nəşr İntel şirkətinin də oxşar addım atdığını yazıb. Bir sözlə, indi Almaniyada yerlilər deyil gəlmələr zavod fabrik qururlar. Bu isə görüntü üçündür.

Tural 


Youtube kanalımız

Oxşar xəbərlər