Al Paçino son anda ölümdən dönüb - "The Guardian"

Al Paçino son anda ölümdən dönüb - "The Guardian"
07 Okt 2024 12:48

“Xaç atası”, “Əsl oğlanlar”, “Gucci evi” və bir çox başqa məşhur filmlərdəki obrazları ilə tanınan amerikalı aktyor Al Paçino az qala öləcəkmiş. Bu barədə The Guardian yazıb.

84 yaşlı sənətçinin sözlərinə görə, o, dörd il əvvəl Covid-ə yoluxub. Həmin vaxt o xəstəliyi ağır keçirib. Bir dəfə hətta onun nəbzi bir neçə dəqiqəlik itibmiş.

"Hadisə belə olmuşdu: Sən həm bu dünyadasan, həm də deyilsən... Həmin vaxt düşündüklərimi deyim -Aha, sənin düşüncələrin, xatirələrin belə yoxdur. Səndən heç nə qalmır. Başımda qəribə bir qarışıqlıq hökm sürürdü",-  Al Pacino həmin anı xatırladı.

Aktyor onu da əlavə edib ki, daha sonra qızdırması qalxıb, həmçinin susuz qalıb və qəfil huşunu itirib. Daha sonra təcili yardım gəldi və altı həkim ulduzun həyatını xilas edə bilib. 

“Hamı ətrafıma toplanmışdı və “O, geri döndü” deyirdilər. O, həyatdadır, buradadır” söyləyirdilər. Öldüyümü zənn etdim, elə hamı məni ölmüş hesab edirdi”, - sənətçi vurğulayıb. Al Paçino qeyd edib ki, nə tunel, nə tunelin sonunda heç bir işıq və ya buna bənzər bir şey görməyib. Belə bir arzuolunmaz təcrübədən sonra o, artıq bu cür olayların təkrarlanmasını istəmədiyini və saölamlığına diqqətli olduğunu anlayıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər