Aşıq Telli Zülfiyyənin ittihamlarına cavab verdi: "Sən qalmaqaldan ötrü ölürsən!”

Aşıq Telli Zülfiyyənin ittihamlarına cavab verdi: "Sən qalmaqaldan ötrü ölürsən!”
17 Dek 2024 20:30

Son günlər aşıq sənətində iki tanınmış sima - Aşıq Zülfiyyə və Aşıq Telli arasında qalmaqal səngimək bilmir. Zülfiyyənin bir televiziya proqramında irəli sürdüyü iddialara Aşıq Telli eyni platforma üzərindən sərt cavab verib.


Telli bildirib ki, Zülfiyyənin dedikləri həqiqəti əks etdirmir:

"Güya mən onun restoranına getmişəm, saz orada qalıb, sonra zəng vurub demişəm ki, sazım səndədir. Belə bir şey olmayıb. Olan olsa, saz yerində qalardı. Zülfiyyə başından yekə yalanlar danışır, amma mən də buradan deyirəm: nə qədər ki, o danışacaq, mən də susmayacam!"


Sənətkar həmçinin Zülfiyyənin qalmaqal yaratmaqda maraqlı olduğunu qeyd edib:

"Deyir ki, qalmaqal istəmirəm. Sən qalmaqalın kvadratı yox, kubusan. Özü verilişlərə çıxıb, amma yenə də məndən danışır. Mən onun verilişlərinə getmirəm, çünki bu qalmaqallı məsələlərin içində olmaq istəmirəm."


Aşıq Telli sözlərinin davamında Zülfiyyəyə səslənərək bildirib ki, onun haqqında səsləndirilən yalanlara qarşı mövqeyini hər zaman açıq şəkildə bildirəcək:

"Sənin başın qarışıb, nəyi kimlərdən eşidirsənsə, çıxıb danışma. Mənim xarakterimi yaxşı bilirsən. Susmasan, daha çox şey deyəcəm. Görünən dağa bələdçi lazım deyil!"


İki sənətkar arasındakı bu gərginlik hələlik səngimək bilmir. Görünən odur ki, qalmaqalın tərəfləri səssiz qalmaq niyyətində deyil. İzləyicilər isə bu məsələnin necə nəticələnəcəyini maraqla gözləyir.



Youtube kanalımız