Bir qadın düşünün... Bütün dünyanı aldadıb və 900 milyon dollar investisiya alıb.
News365.az xəbər verir ki, Elizabeth Holmes 19 yaşında Stanford Universitetini tərk edərək "Theranos" adlı şirkəti qurmuşdu.
Şirkət cəmi 1 damcı qanla qısa zamanda qan analizlərinin nəticəsini təqdim edən cihaz yaratdığını iddia edirdi.
Elizabeth Holmes və digər idarəçilər mətbuatı çox yaxşı istifadə edərək yalanlarını yaymağa başladılar. Saxta hesabatlar, statistikalar hazırladılar. Böyük şirkətlərlə, xəstəxanalarla görüşdülər. Qısa zamanda 900 milyon dollar investisiya əldə etdilər.
Şirkətin dəyəri 2014-cü ildə 9 milyard dollara çatmışdı. 2015-ci ildə isə hər şey dəyişdi, "Wall Street Journal"ının jurnalisti John Carreyrou "Theranos"un yalanlarını ifşa etdi. Şirkət milyardların üstündən yıxılıb sıfıra düşdü.
Elizabeth Holmes və digər əməkdaşları məhkəmə qarşısına çıxarıldı. Qıza 11 il həbs cəzası verildi. Milyonları xilas etmək adı altında, milyonlarla insanı aldatdılar.
Youtube kanalımız