"Azərbaycanda bələdiyyələrə keçiriləcək seçkiləri 1095 nəfər müşahidəçi izləyəcək".
News365.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugün keçirilən iclasında sədr Məzahir Pənahov açıqlayıb.
"Onların 131-i Mərkəzi Seçki Komissiyasına müraciət əsasında, 964 nəfər isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib", - deyə o bildirib.
Qeyd edək ki, növbəti Bələdiyyə seçkiləri 2025-ci il, yanvarın 29-da keçiriləcək.