Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Əfqan Ala PKK lideri Abdullah Öcalanın son çağırışını şərh edib.
News365.az-ın məlumatına görə, Ə.Ala bu çağırışın terror qruplaşmasının özünü ləğv etməsi anlamına gəldiyini bildirib.
“Biz nəticəyə baxacağıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, Öcalan tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.