Ağdaşda minik avtomobilinin aşması nəticəsində sürücü ölüb

Ağdaşda minik avtomobilinin aşması nəticəsində sürücü ölüb
07 Sen 2025 22:30

Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

News365.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Bakı-Qazax magistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KIA” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü, 29 yaşlı Əhliman Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada