Aerodromlara hücum nüvə eskalasiyası yaradacaq? -Professordan xəbərdarlıq

Aerodromlara hücum nüvə eskalasiyası yaradacaq? -Professordan xəbərdarlıq
02 İyn 2025 12:25

Ukraynanın Rusiya aerodromlarına qarşı əməliyyatı NATO və Rusiyanı nüvə müharibəsinə bir addım yaxınlaşdıran nəhəng eskalasiyadır. Bu fikirləri Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen X sosial şəbəkəsindəki səhifəsində yazıb.


“Rus nüvə bombardmançılarına gözlənilməz hücum NATO və Rusiyanı nüvə müharibəsinə bir addım yaxınlaşdıran nəhəng eskalasiyadır”, - Dizen qeyd edib.


Onun sözlərinə görə, əgər ABŞ prezidenti Donald Trampın zərrə qədər də olsa sağlam düşüncəsi varsa, insidentdən sonra Rusiya lideri Vladimir Putinə zəng etməlidir.

Xatırladaq ki, iyunun 1-də Ukrayna kod adı "Pautina" olan genişmiqyaslı əməliyyat keçirib. Bu əməliyyat zamanı Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.


Bu, münaqişə zamanı Sibirə ilk hücum olub. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təşkil edib və əməliyyat il yarımdan çox müddətə hazırlanıb. Əməliyyatda 117 FPV pilotsuz uçan aparatından istifadə edilib. Onlar gizli şəkildə Rusiya ərazisinə gətirilib və yardımçı tikililərdə- mobil sığınacaqlara yerləşdirilib. Pilotsuz təyyarələr uzaqdan işə salınaraq strateji hədəfləri, o cümlədən Tu-95 bombardmançıları və A-50 təyyarələrini vurub.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada