Azərbaycan
Dəmir Yolları yenidən vətəndaşlara müraciət edib.
News365.az
xəbər verir
ki, ADY vətəndaşlara bir daha xatırladıb ki, qatara daş atanlar qanun
qarşısında məsuliyyət daşıyırlar.
Bu
ilin ilk 3 ayında ADY-yə məxsus hərəkətdə olan qatarlara 11 dəfə daş atılıb.
Nəticədə:
-
qatarın pəncərəsi zədələnib;
-
sərnişinlərin və qatar heyətinin həyatına təhlükə yaranıb;
-
bir çox hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr
yaranıb.
Əksər
hallarda qatara daş atan azyaşlıların valideynləri tapılaraq vurulan zərərin
qarşılığında cərimələniblər. ADY dəmir yolu xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə
əməl etməyə, valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür
qanunsuz hərəkətlərdən yayındırmağa çağırır.
News365.az