ABŞ və Venesuela müxalifəti: Maçado ölkənin yeni lideridir

ABŞ və Venesuela müxalifəti: Maçado ölkənin yeni lideridir
17:49

ABŞ Konqresi Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonun ölkənin yeni lideri kimi tanınmasını təsdiqləyib.

News365.az-ın məlumatına görə, “The New York Times” Konqresdə Maçado ilə keçirilən qapalı görüşə istinadən xəbər yayıb. Görüş Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvləri ilə baş tutub.

Konqresmen Maykl Makkol bildirib ki, Maçado Venesuelanı idarə etmək üçün bütün zəruri keyfiyyətlərə malikdir. Onun sözlərinə görə, ölkədə siyasi keçid və uzunmüddətli böhrandan çıxış üçün dürüst və səriştəli rəhbərlik önəmlidir.

Digər konqresmen Mayk Loler isə Venesuelanın mümkün qədər tez demokratik seçkilərə getməsinin vacibliyini vurğulayıb.

Məlumata görə, Maçado və müvəqqəti Prezident Delsi Rodrigez ABŞ Prezidenti Donald Trampın dəstəyini qazanmaq və ölkədə keçid dövrünə rəhbərlik etmək üçün özlərini əsas namizədlər kimi təqdim edirlər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada