ABŞ İranla zənginləşdirilmiş uran ixracını müzakirə edib?

ABŞ İranla zənginləşdirilmiş uran ixracını müzakirə edib?
26 Apr 2025 23:15

İrandan zənginləşdirilmiş uranın üçüncü ölkələrə ixracı məsələsi ABŞ-la aparılan danışıqlarda müzakirə olunmayıb.


News365.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.


Məlumata görə, ABŞ tərəfi nə danışıqların üçüncü raundunda, nə də əvvəlkilər zamanı bu məsələni qaldırmayıb:


“ABŞ İranın nüvə enerjisinin dinc məqsədlərlə inkişafı proqramı çərçivəsində uranın zənginləşdirilməsi prosesini sıfıra endirməkdə israrlı olmayıb”.


Qeyd edək ki, bu gün Omanda İran və ABŞ arasında danışıqların üçüncü raundu keçirilib.


Sizin reklam burada
Sizin reklam burada