"ABŞ Avropanı və Ukraynanı seçim etməyə vadar edir"- Politoloq

"ABŞ Avropanı və Ukraynanı  seçim etməyə vadar edir"- Politoloq
27 Fev 2025 14:57

"Bu fikirlərdə ABŞ və Rusiyanın Ukrayna münaqişəsi ilə bağlı separat danışıqlar aparmasının strateji məqsədləri vurğulanır."

Politoloq Aydın Quliyev bunu News365.az-a açıqlamasında deyib. 

"Hər iki tərəfin öz maraqları var:

1. Rusiyanın marağı – ABŞ-la münasibətləri bərpa edərək, Ukraynaya və Avropaya ABŞ-ın dəstəyini zəiflətmək.

2. ABŞ-ın marağı – Rusiya ilə müəyyən çərçivədə münasibətləri tənzimləməklə Ukraynanı və Avropanı seçim qarşısında qoymaq.

Belə görünür ki, ABŞ bu vəziyyətdən istifadə edərək, uzunmüddətli sülh əldə olunana qədər həm Ukraynadan, həm də Avropadan yeni qərarlar gözləyir. Eyni zamanda, ABŞ-ın məqsədi Avropa və Ukraynanı Rusiyayla danışıqlara məcbur etmək üçün manevr imkanları yaratmaqdır.

Yəni, ABŞ Avropanı və Ukraynanı Rusiyaya qarşı tək qoyaraq, onları seçim etməyə vadar edir. Bu da öz növbəsində Avropanın geosiyasi manevr imkanlarını genişləndirə və ya çətinləşdirə bilər."



Sizin reklam burada
Sizin reklam burada