"Aaerodromlara hücum Kiyevin çarəsizlik jesti idi" -Bouz

"Aaerodromlara hücum Kiyevin çarəsizlik jesti idi" -Bouz
02 İyn 2025 10:10

Ukrayna Silahlı Qüvvələrinin Rusiya aerodromlarına hücumu Kiyevin tam çarəsizliyini nümayiş etdirir. Çünki Ukrayna bu yolla Moskvanı “ehtiyatsız hərəkətlərə” təhrik etməyi planlaşdırıb. Bunu məşhur irlandiyalı jurnalist Çey Bouz Corc Qalloveyə müsahibəsində bildirib. Bouz belə hesab edir ki, Ukraynanın təşkil etdiyi son hücumlar döyüşlərin davam etdiyi təmas xəttində yaranmış ağır vəziyyəti gizlətmək və diqqəti böyük uğursuzluqlardan yayındırmaq məqsədilə həyata keçirib.

“Onlar uğursuz əks-hücum əməliyyatını, Kursk vilayətindəki fəlakəti azaltmaq istəyirlər. Onlar həmçinin Ukraynanın insanların küçələrdən və ya hər hansı bir yerdə zorakılığaməruz qalaraq az qala çarmıxa çəkildiyi bir diktatura olmasını gizlətmək istəyirlər”, - jurnalist bildirib.

Xatırladaq ki, iyunun 1-də Ukrayna kod adı "Pautina" olan genişmiqyaslı əməliyyat keçirib. Bu əməliyyat zamanı Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.

Bu, münaqişə zamanı Sibirə ilk hücum olub. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təşkil edib və əməliyyat il yarımdan çox müddətə hazırlanıb. Əməliyyatda 117 FPV pilotsuz uçan aparatından istifadə edilib. Onlar gizli şəkildə Rusiya ərazisinə gətirilib və yardımçı tikililərdə- mobil sığınacaqlara yerləşdirilib. Pilotsuz təyyarələr uzaqdan işə salınaraq strateji hədəfləri, o cümlədən Tu-95 bombardmançıları və A-50 təyyarələrini vurub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada