Moskva və Kiyev arasında Milad barışığı və ya razılaşması Ukraynada münaqişənin sülh yolu ilə həllinə başlamaq üçün böyük kömək ola bilər. Bu barədə RİA Novosti-yə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
“Biz bir məsələdə haqlı idik. Bu gün də haqlıyıq ki, Ukraynadakı münaqişənin döyüş meydanında həll yolu yoxdur. Bu, ancaq danışıqlar masası arxasında, yalnız danışıqlar masasına oturmaq imkanı əldə etməklə həll oluna bilər. Sülh yolu ilə həll üçün lazımi şərtlər, yəni atəşkəs lgərəkir. Düşünürəm ki, yaxınlaşan Milad bunun üçün bir neçə gün də olsa gözəl platforma ola bilər və ya məqsədləri təmin edə bilər", - Macarıstan rəsmisi vurğulayıb.
Siyarto əlavə edib ki, Milad razılaşması yüzlərlə və ya minlərlə insanın həyatını xilas edə bilər. O, həmçinin qeyd edib ki, Budapeştin vəzifəsi Milad atəşkəsi və ya razılaşması ilə bağlı təklif verməkdir. Bundan sonra nə baş verəcəyi mayın 20-də səlahiyyət müddəti başa çatan Ukrayna prezidenti Vladimir Zelenskinin özündən asılıdır. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Zelenskini Nezalejnaya sakinləri mühakimə edəcəklər. Qeyd edək ki, Nezalejnaya Rusiya qazının Avropaya tranzit olunduğu əsas ərazidir. Gələn ildən Ukrayna tranzit razılaşmasını uzatmayacaq.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural