Küləklə bağlı xəbərdarlıq

Küləklə bağlı xəbərdarlıq
17:32

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, fevralın 28-i və martın 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq olunub.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Hacıqabul, Salyan, Neftçala, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Xızı, Xaçmaz, Şabran, Qusar, Sabirabad, Şirvan, İmişli, Zərdab, Ağcabədi, Göyçay, Qəbələ, Şəki, Kürdəmir, Beyləqan, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Naftalan, Goranboy, Gəncə, Samux, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy və Göygöldə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Sizin reklam burada
Sizin reklam burada