Rusiyada həkimlər növbəti dəfə qəhrəmanlıq nümayiş etdiriblər. Novosibirsk Regional Xəstəxanasının həkimləri böyrəyində nəhəng şiş olan 37 yaşlı qadın xəstəni əməliyyat ediblər. Bu barədə tibb müəssisəsinin mətbuat xidməti məlumat yayıb.
Həkimlərin sözlərinə görə, qadın 2024-cü ilin may ayında qarnının sağ nahiyəsində diskomfort hiss etməyə başlayandan sonra həkimlərə yardım üçün müraciət edib. Avqust ayında ona onurğada metastaz halna keçmiş xərçəng diaqnozu qoyulub. Bir çox mütəxəssis işin mürəkkəbliyinə görə xəstəni əməliyyat etməkdən imtina edib. Lakin cərrah Mehrojiddin Babayev risk edib və sibirli qadına kömək etmək qərarına gəlib.
“Şişin qaraciyərə keçməsi ehtimalı var idi. Şişin böyüməsi prosesində böyük qan damarları da iştirak edirdi. Belə hallarda əməliyyat zamanı həyati təhlükə yaradan qanaxma ehtimalı son dərəcə yüksəkdir. Bununla belə, qadının gənc yaşını və ən kiçiyinin cəmi bir yaşında olan üç övladının olduğunu nəzərə alaraq, ona kömək etmək qərarına gəldik”, - əməliyyat həkimi bildirib.
Əməliyyat zamanı həkimlər təkcə 7,7 kiloqram ağırlığında olan şişi deyil, böyrəyi, həmçinin öd kisəsini də çıxarıblar.
Tural