66 yaşlı sərnişin avtobusda öldü

66 yaşlı sərnişin avtobusda öldü
09 İyn 2024 19:16

Şəkidə 66 yaşlı kişi sərnişin avtobusunda dünyasını dəyişib.

"Qafqazinfo"nun məlumatına görə, Bideyis kənd sakini, 1958-ci il təvəllüdlü Natiq Şahid oğlu Seyidov mindiyi şəhərdaxili marşrut avtobusunda keçinib.

Belə ki, sürücü sərnişinin avtobusdan düşmədiyini görüb və ona yaxınlaşıb. Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılan N.Seyidovun keçindiyi məlum olub.

Onun ürək tutmasından öldüyü ehtimal olunur.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər