6 ildir Qarabağa portal icazəsi ləğv edilib - Səbəb nədir?

6 ildir Qarabağa portal icazəsi ləğv edilib - Səbəb nədir?
13:22

İşğaldan azad edilmiş ərazilərə giriş üçün tətbiq olunan xüsusi portallar və icazə sistemi ilə bağlı sual gündəmdə qalmaqda davam edir. Maraqlıdır, 6 ildir azad edilmiş torpaqlara getmək üçün niyə icazə almalıyıq?

Mövzu ilə bağlı  Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, məsələyə birmənalı yanaşmaq çətindir, çünki həmin ərazilərdə infrastruktur tam hazır deyil, mina təhlükəsi hələ də qalmaqdadır:

“İşğaldan azad olunmuş ərazidə kifayət qədər infrastruktur yoxdur. Mina təhlükəsi real olaraq davam edir. ANAMA əməkdaşlarının, eləcə də təsərrüfatla məşğul olan vətəndaşların minaya düşməsi bu risklərin hələ də mövcud olduğunu göstərir. Ona görə də bu məhdudiyyətlər başadüşüləndir”, – o, qeyd edib.

Akif Nağının sözlərinə görə, icazə prosedurları əvvəlki illərlə müqayisədə xeyli yüngülləşdirilib:

“Əvvəl insanlar icazə üçün 1 həftə, 10 gün gözləyirdilər. İndi isə müraciətlər dərhal daxil edilir. Marşrutlar müəyyən edilib, turistik səfərlər təşkil olunur. Ağdam istiqamətinə qatarın hərəkəti də bu prosesi asanlaşdırıb – bilet alındığı anda portal avtomatik açılır”.

Partiya sədri hesab edir ki, mövcud vəziyyət nəzərə alınmaqla icazə mexanizminin ləğvi ilə bağlı qərarın verilməsinin vaxtı yetişir:

“Hələ də çoxlu kəndlər var ki, onların hamısına polis nəzarəti mümkün deyil. İnsanlar kütləvi şəkildə nəzarətsiz hərəkət etsələr, böyük faciələr baş verə bilər. Buna görə məsələni anlayışla qarşılamalıyıq. Arzumuz odur ki, tezliklə portala ehtiyac qalmasın və sərbəst gediş-gəliş mümkün olsun”, – Akif Nağı bildirib. ///  KONKRET.az


Sizin reklam burada
Sizin reklam burada