4 qol vuruldu, qalib müəyyənləşmədi - VIDEO

4 qol vuruldu, qalib müəyyənləşmədi - VIDEO
04 Avq 2024 20:22

 

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün I turunda daha bir görüş keçirilib.

"Şamaxı" klubu Masazırda "Sabah"ın qonağı olub.

Görüşdə dörd qol vurulmasına baxmayaraq qalib müəyyənləşməyib - 2:2.

Meydan sahiblərinin heyətində Namik Ələskərov (16) və Xəyal Əliyev (32) fərqlənib. "Şamaxı" komandasından isə Rüfət Abbasov (44) və Belajdi Pusi (52) rəqib qapısına yol tapıb.

Qeyd edək ki, ilk tura bu gün Zirə İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Səbail" matçı ilə yekun vurulacaq.


Sizin reklam burada
Sizin reklam burada