ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqların həlledici mərhələyə çatdığını açıqlayıb.
News365.az-ın “LeFigaro.fr”ə istinadən yaydığı məlumata görə, Tramp Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Yaxın Şərqdə gərginliyin aradan qaldırılması üçün hazırda iki mümkün ssenari nəzərdən keçirilir.
Onun sözlərinə görə, Vaşinqton ilk növbədə diplomatik razılaşmaya üstünlük verir, lakin nəticə əldə olunmasa, alternativ addımlar da gündəmdədir. Tramp qeyd edib ki, proses olduqca həssas mərhələdədir və qarşı tərəfdən qətiyyətli və tam qənaətbəxş cavab gözlənilir.
ABŞ lideri əlavə edib ki, İranla əldə olunacaq mümkün anlaşma həm vaxt itkisini, həm də insan itkilərini önləyə bilər. O, məsələnin yaxın günlərdə yekunlaşacağına ümid etdiyini də vurğulayıb.
News365.az