Qadın müğənnini öldürüb meyitini kanala atdılar

Qadın müğənnini öldürüb meyitini kanala atdılar
11:17

Hindistanda məşhur müğənni İnder Kaurun meyiti Ludhiana yaxınlığındakı kanalda tapılıb.

News365.az xəbər verir ki, İnder Kaur kimi tanınan 29 yaşlı Yaşinder Kaurun qalıqları mayın 19-da Ludhiana şəhəri yaxınlığındakı kanalda aşkarlanıb.

Məlumata görə, müğənni mayın 13-də avtomobillə ərzaq almağa gedib. Kaur geri qayıtmadığı və telefonu sönülü olduğu üçün axtarışlara başlanılıb.

İstintaq hesab edir ki, naməlum şəxslər məşhur sənətçini qaçıraraq qətlə yetiriblər. İş materiallarında həmçinin qeyd olunur ki, kiminsə Kauru onun iradəsi əleyhinə özünə həyat yoldaşı etmək istədiyi barədə məlumat var.

Sizin reklam burada
Sizin reklam burada