“30 ildən artıqdır ki, Ermənistanla müharibə vəziyyətində olmuşuq “ Politoloq

“30 ildən artıqdır ki, Ermənistanla müharibə vəziyyətində olmuşuq “ Politoloq
27 Fev 2025 14:35

“Əgər Rusiya bunu istəyirsə, Azərbaycan bunu inkar edə bilməz və prosesə mane ola bilməz. Rusiya və Ermənistan bu məsələni öz aralarında həll etməlidirlər.”

Politoloq Qüdrət Həsənquluyev bunu News365.az-a açıqlamasında deyib.

Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan üçtərəfli sazişi inkar etmir və onu inkar etmək həm hüquqi, həm də etik baxımdan doğru olmazdı. Məhz buna görə də həmin şərtlər altında sazişi imzaladıq. Əgər Rusiya və Ermənistan öz aralarında razılığa gəlib, Rusiyanın bu yolu davam etdirmək istəmədiyini qərara alsalar, onda bu prosesdən azad olmaq və yeni reallıqlar yaratmaq üçün alternativ hüquqi və siyasi mexanizmlər üzərində düşünməliyik.


Məhz bu səbəbdən biz 30 ildən artıqdır ki, Ermənistanla müharibə vəziyyətində olmuşuq və faktiki olaraq hələ də müharibə vəziyyətindəyik. Biz sazişi birtərəfli qaydada dəyişmirik və imzalanmış öhdəliklərimizə sadiq qalırıq, lakin qarşı tərəf bunu qəbul etmək istəmir və buna görə də çox qəzəblidir. Əsas problem onların nə uşağı, nə qadını, nə insan haqlarını, nə də ümumilikdə humanist dəyərləri tanımamasıdır. Onlar bölgədə yaşayan insanları daimi qorxu və təhlükəsizliksizlik şəraitinə sürükləyiblər, bu isə uzunmüddətli sülh və sabitlik üçün ciddi maneədir.



Sizin reklam burada
Sizin reklam burada