3 dəfə prezidentliyə namizəd olmuş Qeqamyan öldü

3 dəfə prezidentliyə namizəd olmuş Qeqamyan öldü
20 Sen 2024 13:02

Ermənistanın tanınmış siyasətçilərindən olan Artaşes Qeqamyan 75 yaşında İrəvanda vəfat edib. Bu barədə yerli media məlumat yayıb.Qeyd edilib ki, o, son bir neçə ay ərzində ağır xəstəlikdən əziyyət çəkib.

Qeqamyan 1979-1987 - Ermənistan KP MK Aparatında təlimatçı, sektor müdiri, inspektor, birinci katibinin köməkçisi, partiya-təşkilati işlər şöbəsi müdirinin birinci müavini işləyib.

O, 1989-1990-cı illərdə İrəvanın meri vəzifəsində çalışıb. 1997-ci ildə Milli Birlik partiyasını yaradıb. 1998, 2003 və 2008-ci illərdə prezident seçkilərində iştirak edib. Daha sonra deputat kimi fəaliyət göstərib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər