29 illik əvəzolunmaz: 70 yaşlı Abbaszadə yola salınır

29 illik əvəzolunmaz: 70 yaşlı Abbaszadə yola salınır
24 Sen 2024 00:22

Korrupsiyasının girdabında boğulan çoxsaylı qurumlarına rəğmən, M. Abbaszadənin və komandasının hədəfə götürülməsi nə ilə bağlıdır? 

News365.az xəbər verir ki, “Yeni Sabah” məsələni araşdırarkən maraqlı məlumatlar əldə edib. Məlum olub ki, DİM-lə bağlı irəli sürülən iddiaların bir qismi real faktlara söykənir. Həqiqətən həm martın 5-də, həm də 12-də keçirilən buraxılış imtahanlarında suallar çətin olub. Hətta düzgün tərtib edilməyən suallar da olub. DİM-in publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi bu qurumun fəaliyyətində mənfi izlər buraxıb. Son illər DİM tərəfindən nəşr olunan əlavə vəsaitlərin çoxunun kommersiya xarakteri daşıdığı heç kimə sirr deyil. DİM-in Elm və Təhsil Nazirliyinin nəşr etdiyi və orta məktəblərdə tədris olunan dərsliklərdən deyil, öz vəsaitlərindən, o cümlədən repetitor hazırlığı ilə məşğul olan kurslar tərəfindən hazırlanmış dərsliklərə əsaslanaraq suallar tərtib etməsi şübhələrə yol açıb.

Araşdırmalarımız zamanı məlum oldu ki, DİM sədri M. Abbaszadə artıq hakim komandada “arzuolunmaz adam”a çevrilib. Gəncləşmə kursu götürən iqtidar komandası ötən ay 70 yaşını tamamlamış xanım Abbaszadəni öz sıralarında görmək istəmir. Maraqlısı isə odur ki, bunu dəfələrlə onun özünə çatdırıblar. Amma DİM sədri bu təklifə həvəssiz yanaşıb. O, hələ bir müddət DİM-ə rəhbərlik etmək arzusunda olduğunu gizlətməyib. Qeyd edək ki, Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayev də analoji mövqedən çıxış edib. Lakin qəfildən kollektivlə vidalaşmaq məcburiyyətində qaldı. Müşahidəçilər M. Abbaszadənin də eyni aqibətlə üzləşəcəyini proqnozlaşdırırlar. Bu il ali məktəblərə hazırlaşan abituriyentlərin M. Abbaszadənin dövründə imtahan verən sonuncu nəsil olacağı bildirilir.


Youtube kanalımız

Oxşar xəbərlər