265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib

265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib
17:42

44 günlük Vətən müharibəsindən sonrakı dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2439 şəxs 91.8 min reabilitasiya vasitəsi ilə təmin edilib. 265 nəfər Vətən müharibəsi iştirakçısı əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar”.

Bu barədə Modern.az-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat verib.

O bildirib ki, hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində müasir avadanlıqlarla təchiz edilmiş 4-ü uşaq reabilitasiya mərkəzi olmaqla ümumilikdə, 15 reabilitasiya müəssisəsi, 1 Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi və 1 “RehaPoint” Reabilitasiya Məntəqəsi fəaliyyət göstərir.

Bunlardan 7-si Bakı və Sumqayıt şəhərlərində, digərləri müvafiq olaraq Şəki, Şirvan, Xaçmaz, Yevlax, Lənkəran, Naftalan, Qəbələ, Şəmkir və Bərdə şəhərlərində yerləşir.


Sizin reklam burada
Sizin reklam burada