25 il öncə: Ramiz Mehdiyev Bəxtiyar Vahabzadəyə əngəl olub

25 il öncə: Ramiz Mehdiyev Bəxtiyar Vahabzadəyə əngəl olub
10:58

Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Firuz Mustafa Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə mərhum Xalq şairi Bəxtiyar Vahabzadə arasında baş vermiş bir hadisədən bəhs eidb. 

News365.az xəbər verir ki, Firiz Mustafanın sözlərinə görə, o, hadisə barədə təxminən 25 il öncə eşidib:

“2000-ci illərin əvəlinin söhbətidir. Bir dəfə dayım, yazıçı Nahid Hacızadə ilə “Azərbaycan” Nəşriyyatında Bəxtiyar müəllimlə qarşılaşdıq. Şair bizə yeni kitabını verdi. Mənə dedi ki, Hüseynağa (Atakişiyevi nəzərdə tuturdu-F.M.) sənin pyeslərini tərifləyir, kitab şəklində çıxıbsa ver oxuyum. Söz verdim ki, gətirərəm. O, dedi ki, kitabı gətirmək üçün şoferi göndərə bilərdim, amma…

Bəxtiyar müəllim gülüb üzünü Nahid müəllimə tutaraq bu “əmmadan” sonra “dərdini” yumor qarışıq bir tonda danşımağa başladı:

- Nahid, Heydər Əliyevin göstərişi ilə bizim mənzilə “üçrəqəmli” telefon çəkiblər. Bir maşın da ayırıblar. Prezident tapşırmışdı ki, sürücünün maaşı və yanacaq dövlət hesabına olsun. Amma sürücü ilə mən özüm yollaşıram. Qalır yanacağın pulu. Artıq onu da özüm almağa məcburam. Bilirsən niyə? “Aparatda” Ramiz adlı birisi var. Hamınız onu yaxşı tanıyırsız. Hələ Sovet vaxtından mənim ondan zəhləm gedir, onun da məndən. Ümumiyyətlə, onun yaradıcı adamları, alimləri, xüsusilə, şair-yazıçı tayfasını görməyə gözü yoxdur. Antimillidir. Söz yox ki, Moskvanın buradakı adamıdır. Gör bir bu necə … tipdir ki, dolayısı ilə mənə pislik etmək istəyir. İşlər idarəsinə tapşırıb ki, Bəxtiyarın sürücüsünə heç nə verməyin- nə maaş, nə də yanacaq... Mən belə xırda-xuruş şeyləri Heydər müəllimə demək istəmirəm…

Mən dedim ki, Bəxtiyar müəllim, haçan desəniz kitabı özüm Sizə çatdıraram. Şair “Teleteatrdan” aşağıda olan evin səmtini nişan verdi. Dedim ki, tanıyıram, taparam. Tapşırdı ki, kitabı həyətin qapısındakı gözətçiyə verərsən, mən oradan özüm götürərəm”.


Sizin reklam burada
Sizin reklam burada