ABŞ prezidenti Donald Trampın təxminən 1,8 milyon dollar xərclənən qəbulu qalmaqal yaradıb. Kriptovalyuta milyonçuları ziyafət xarakterli təşkil edilən qəbulda yeməklərdən şoka düşüblər.
“The Daily Telegraph” (DT) xəbər verir ki, naharda iştirak edənlər yeməyin təyyarədə sərnişinlərə verilən adi ərzaqlardan daha pis olduğunu bildiriblər.
“Donald Trampın kripto investorları üçün 1,7 milyon dollar dəyərində olan şam yeməyi... Məlum olub ki, masadakılar hava yollarının yeməklərindən də pis olub”, - nəşr yazıb.
Qeyd edək ki, toplantı Virciniya ştatında ABŞ prezidentinin Qolf Klubunda baş verib. Nəşrin məlumatına görə, qonaqlara Tramp loqosu olan boşqablarda sitrus sousu ilə qızardılmış paltus və demi-qleys sousu ilə minyon filesi təqdim edilib. Lakin qabların görünüşü və tərəvəzlərin az olması qonaqları məyus edib. Onlardan biri deyib ki, “yeganə yaxşı yemək yağçörək olub”.
Tural