İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır

İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır
15:25

İran Prezidentinin Azərbaycana səfəri əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.

News365.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında deyib.

Dövlət başçısı vurğulayıb ki, hər iki tərəf əlaqələrin inkişafına çalışmalıdır və çalışır:

“Bu gün imzalanan sənədlər onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Məramımız, məqsədimiz birdir, yəni İran-Azərbaycan əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır və bunun üçün də aidiyyəti üzrə göstərişlər bu gün verildi. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayır, bu gün möhkəm təməl üzərində əlaqələrimiz inkişaf edir”, - dövlət başçısı qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada