"Aygün səhnəyə gələndən onunla tanışıq. İkimizin də
başına o qədər işlər gəldi ki... Gənc bir qız səhnəyə ayaq atıb: gözəl, boy,
buxun, istedad. Aygün bir şeyi başına qoydusa, axıra qədər gedəcək. Yıxılacaq,
başı, gözü dağılacaq, qalxıb yenə gedəcək. Bu xasiyyətinə görə də Aygün
ayaqda dura bildi".
News365.az xəbər verir ki, bu sözləri Əməkdar
incəsənət xadimi Cavanşir Quliyev "Hər zaman musiqi" proqramında Xalq
artisti Aygün Kazımova ilə bağlı açıqlamasında deyib. Bəstəkar Pop kraliça ilə
həyat yolundan danışıb:
"Daim səhnə üçün nələrsə axtarırdı: geyim, səhnədə hərəkətlər...
Azərbaycan üçün yeni üsullar axtarırdı və aktiv, lider, öndə oldu, bir çox
steorotipləri sındırdı. Aygünü tənqid edənlər sevməyə başladı. Aygünün
konsertindən sonra insanlar arxa qapıya gəlirdi ki, onu görsünlər. Görənlərin
hamısı ağlayırdı. Sanki arzuladıqları, görə bilmədiklərini gördülər. Bir dəfə
tura getdik, 5 gündə 15 konsert verdi. Günə 5 konsert verirdi. Otelə gedirik,
Aygün deyirdi ki, oxumaq istəyirəm, doymamışam.
Aygünün fantastik yaddaşı var. Bir mahnını bir dəfə dinləyir
və girib studiyada oxuyur. Ona görə də o, bir dəfəyə neçə mahnı yazdıra bilər.
Aygün hər şey oxuya bilər. Ən çətin musiqini belə ifa edir.
Aygün bir dəfə Sumqayıtda 3 saat konsert verdi və 1 şirvan
qonorar aldı. Gətirib verdim, öpüb alnına qoyub, çantasına atdı. Aygün pul
düşünmürdü, çünki oxumaq istəyirdi".