9 ölkə başçısı MDB sammitində iştirakını təsdiqlədi

9 ölkə başçısı MDB sammitində iştirakını təsdiqlədi
09:26

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərindən 9-u Dövlət Başçıları Şurasının sammitində iştirak edəcək.

News365.az  xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. 

“MDB-nin doqquz dövlət başçısı sammitdə iştirak edəcəyini təsdiqləyib. Türkmənistan və Rusiya liderlərindən əlavə,  bunlar Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistan prezidentləri, Ermənistanın baş naziridir”, - deyə Uşakov bildirib.\\\TASS


Sizin reklam burada
Sizin reklam burada