Partlayışlar nəticəsində 33 nəfər xəsarət alıb

Partlayışlar nəticəsində 33 nəfər xəsarət alıb
16:55

2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

News365.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclasında deyib.

2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olmuş, onlardan 71 nəfəri həlak olmuş, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Sizin reklam burada
Sizin reklam burada