"Travmalarda gips hər zaman tətbiq olunmur" - Həkim açıqladı

"Travmalarda gips hər zaman tətbiq olunmur" - Həkim açıqladı
15:25

Travma alan hər bir pasiyent üçün gips immobilizasiyası məcburi sayılmır.

News365.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkiminin müavini Nizami Məmmədov qurumun rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı danışıb.

Mütəxəssis bildirib ki, yol-nəqliyyat hadisələri zamanı, xüsusilə skuter və mopet istifadəçiləri arasında ən çox yuxarı ətraf zədələnmələri qeydə alınır. Bu travmalar əsasən çiyin, dirsək, mil və ön qol nahiyələrini, eləcə də diz oynağını əhatə edir və çox vaxt qoruyucu vasitələrdən istifadə edilməməsi ilə əlaqələndirilir.

Nizami Məmmədovun sözlərinə görə, sümük bütövlüyünün pozulduğu hallarda adətən gips tətbiq olunur. Lakin yüngül travmalar, əzilmələr və sadə sıxılmalar zamanı alternativ müalicə üsullarından – elastik sarğılar və ya xüsusi ortopedik korsetlərdən istifadə etmək mümkündür.

Həkim vurğulayıb ki, müalicə taktikasının seçimi zədənin xarakterindən, ağırlıq səviyyəsindən və pasiyentin ümumi sağlamlıq vəziyyətindən asılı olaraq həkim tərəfindən fərdi qaydada müəyyənləşdirilməlidir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada